Dron ticarətinin 2030-cu ildə 92 milyard dollara çatacağı proqnozlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bunu Türk-Alman Universiteti sənaye mühəndisliyi bölümünün professoru Yaşanur Kayıkçı deyib.
O bildirib ki, pilotsuz təyyarələrin istifadə edildiyi ən böyük bazarlar arasında logistika, kənd təsərrüfatı və fövqəladə hallar xidmətləri ilə yanaşı, təhlükəsizlik və sənaye sahəsində də imkanları artıb:
“Dron istehsal və xidmət tətbiqi bazarının infrastruktur sektorunun təsiri və yeni qanuna dəyişikliklər, uzaqdan şəxsiyyətin müəyyən olunması (remote ID), 5G texnologiyasının tədricən tətbiqi ilə növbəti 5-6 il ərzində təxminən 25 faiz böyümə nisbəti ilə 92 milyard dollara çatacağı təxmin edilir”.
Kayıkçı pilotsuz təyyarələrin ilk mərhələlərdə daha çox hərbi əməliyyatlarda istifadə olunduğuna da diqqət çəkib: “2019-cu ilin məlumatlarına görə, hərbi pilotsuz təyyarələri çıxsaq, müxtəlif xüsusiyyətləri olan pilotsuz təyyarələrin dünya miqyasında bazar həcmi 5.5 milyard dollardır.
Dünyada ən çox dron qeydiyyatı ABŞ-da aparılır. Hazırda ABŞ Federal Aviasiya Təşkilatı (FAA) tərəfindən 1.7 milyon fərdi, 400 min ticarət dronu qeydiyyata alınıb. Daha sonra Avropa İttifaqı Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən 1 milyondan çox dron qeydiyyatdan keçib. Çində isə 400 min ədəd dron tam sertifikatla qeydiyyatda alınıb”.
Kayıkçı onu da qeyd edib ki, “Roland Berger Consulting” şirkətinin təxminlərinə görə, dron xidmətləri 2050-ci ilə qədər bazarın yarısından çoxunu təşkil edəcək.