2020-ci ildə Dövlət Neft Fondu (ARDNF) 7 303,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu da 2019-cu illə müqayisədə 10,8 faiz çoxdur.
Bu barədə Teleqraf.com-a Neft Fondundan məlumat verilib.
Qeyd edək ki, ötən ilin dekabr ayında ARDNF-in valyuta satışının məbləği 637,7 milyon dollar təşkil edib. Bu isə əvvəlki ilin dekabr ayına nisbətən 28 faiz azdır.