Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 44 günlük Vətən Müharibəsində həlak olmuş və yaralanmış hərbiçilərə ödənilən vəsaitlərin həcmini açıqlayıb.
Dövlət Sığorta Şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən Müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan artıq ödəniş edilib.
Qeyd edək ki, sığorta ödənişləri Hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilib.