22 Mart 2021 09:06
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin yanvar ayında təzə meyvə, meyvə və tərəvəz şirələri, təbii üzüm şərabları ixracı artıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yanvar ayında 2020-ci ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər 2,7 dəfə, meyvə və tərəvəz şirələri 1,9 dəfə, çay 2,2 dəfə, təbii üzüm şərabları və üzüm suslosu 3,8 dəfə, kartof 2,8 faiz, pambıq lifi 42,6 faiz, pambıq ipliyi 9,5 faiz, bentonit gili 12,7 faiz artıb.

Təzə tərəvəz ixracı isə 33,9 faiz, bitki yağları 46,2 faiz, meyvə və tərəvəz konservləri 18,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 25,5 faiz, tütün 81 faiz, polietilen 16,8 faiz, emal olunmamış alüminium 16,3 faiz, qara metallardan boruların ixracı 21,9 faiz azalıb.


Müəllif: Teleqraf.com