Dünya bazarlarında neft də, təbii qaz da ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 1,22 faiz azalaraq 1 barelə görə 63,83 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti 0,21 faiz artaraq 61,55 dollar təşkil edib.
Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti də azalıb.
Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 milyon BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,01 faiz azalaraq 2,56 ABŞ dolları təşkil edib.