31 Mart 2021 16:00
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin fevral ayında Azərbaycan xarici ölkələrə 24,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Teleqraf.com bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın mart sayına istinadən xəbər verir.

Bu, 2020-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 13,7 milyon dollar və ya 2,2 dəfə çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində isə Azərbaycan xarici ölkələrə 34,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2020-ci ilin ilk iki ayı ilə müqayisədə 7,1 milyon ABŞ dolları və ya 26 faiz çoxdur.


Müəllif: Yeganə Oqtayqızı