2020-ci il iyunun 16-dan bu il aprelin 7-dək Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 603 əmanətçiyə 633 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Fonddan Teleqraf.com-a bildirilib ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 248,38 milyon manat kompensasiya ödənilib.
"AG Bank" üzrə 4727 əmanətçiyə 116,38 milyon manat, "NBC Bank" üzrə isə 4231 əmanətçiyə 131,99 milyon manatdan çox kompensasiya ödənilib.
Ötən il iyunun 1-dən aprelin 7-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 384,63 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5831 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 140,41 milyon manat, "Ata Bank" üzrə 9814 əmanətçiyə isə 244,22 milyon manat təşkil edib.