“İşləməyən vətəndaşlar üçün Xidmətlər Zərfindən istifadədə limit yoxdur”.
Bunu Teleqraf.com-un sorğusuna cavabda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Səbinə Quliyeva deyib.
O bildirib ki, İcbari Tibbi Sığorta (İTS) sistemi sosial layihə olaraq həmrəylik prinsipləri əsasında öz məqsədlərini yerinə yetirir: “İşləyən şəxslərdən müvafiq qaydada sığorta haqqı tutulur, işləməyən şəxslərdən isə sığorta haqqı tutulmur. Amma xidmətlər eyni səviyyədə və keyfiyyətdə bütün vətəndaşalarımıza təqdim olunur.
İşləməyən vətəndaşın tibbi yardıma ehtiyacı yaranırsa, İTS sistemindən yararlanacaqlar və həmin tibbi xidmətləri əldə etmiş olacaqlar”.
Qeyd edək ki, işləməyən vətəndaşlar üçün sığorta haqları dövlət tərəfindən ödəniləcək. Bu məqsədlə dövlət büdcəsindən ilkin mərhələdə 1 milyard manat vəsait ayrılması nəzərdə tutulub.