Bu ilin mart ayında Azərbaycan xarici ölkələrə 8,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Teleqraf.com bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın aprel sayına istinadən xəbər verir.
Bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 2 milyon dollar və ya 2,2 faiz azdır.
Bu ilin birinci rübündə isə Azərbaycan xarici ölkələrə 43,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 6,9 milyon ABŞ dolları və ya 19 faiz çoxdur.