19 May 2021 11:48
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal film və televiziya seriallarını izləmə platformaları getdilcə böyüyür.

Teleqraf.com xəbər verir ki, “Netflix”, “Disney+”la rəqabət aparan "Amazon" şirkəti bu yarışmada bir addım öndə olmaq üçün vacib bir addım atmağa hazırlaşır.

Məlumata görə, şirkət İkinci Dünya Müharibəsindən bəri filmlərin və serialların istehsalı və yayımlanması ilə məşğul olan “Metro Goldwyn Mayer”i (MGM) 9 milyard dollara almaq istəyir.

"Amazon" ötən il iflasa uğrayan “MGM”lə razılığa gəlsə, bir çox markanın hüquqlarını tək əldə edəcək.

Qeyd edək ki, “MGM”nin hazırda 4 min filmi və 17 min saatlıq serialı var. "Amazon"un bu addımından sonra Prime Video xidmətinin istifadəçilərində ciddi bir artım yaşanacağı gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər