27 May 2021 15:21
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Qara dənizdə tapdığı qazdan sonra quru ərazilərdə 3 yeni quyuda neft yatağı kəşf edib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan elan edib.

Prezident Ərdoğan açıqlamasından iqtisadiyyatda ciddi bir canlanma gözlədiklərinə diqqət çəkib: “Neft və təbii qaz kəşfiyyatında əhəmiyyətli bir sürət qazandığımız müjdəsini bölüşmək istəyirəm. Quruda çalışmalarımız nəticə verməyə başladı.

Əvvəllər “neft yoxdur” deyilən quyulardan neft çıxarmağa başladıq. 3 yeni quyuda neft kəşf etdik”.


Müəllif: Yeganə Oqtayqızı