17 İyun 2021 17:40
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 5 ayında Rusiya enerji şirkəti “Qazprom”un təbii qaz hasilatı əvvəlki ilin eyni dövrünə nisbətən 17,2% artaraq 241,4 milyard kubmetrə çatıb.

Teleqraf.com şirkətin açıqlamasına istinadən xəbər verir ki, soyuq və qarlı qış mövsümü ilə əlaqədar Rusiya və Avropada təbii qaza tələbat artıb.

Sözügedən dövrdə şirkətin MDB xaricindəki ölkələrə təbii qaz ixracatı əvvəlki ilin eyni dövrünə nisbətən 26,7% artaraq 92,3 milyard kubmetr təşkil edib.

Hesabat ilində ötən ilin eyni dövrünə nisbətən Türkiyə 191,3%, Almaniya 41,8 %, Fransa 16,6%, Rumıniya 240,8% təbii qaz ixracatını artırıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər