Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkına müraciətlər əsasında 12 potensial rezident seçilib.
Teleqraf.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclasında məlumat verilib.
İclasda həmçinin bildirilib ki, sənaye parklarına dair uğurlu xarici ölkə təcrübələri müzakirə edilib və bölgələrdə iqtisadi zonaların fəaliyyətinin təşkilində beynəlxalq təcrübənin nəzərə alınması qeyd olunub.