31 Avqust 2021 14:05
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) koronavirus epidemiyası səbəbiylə səyahət tədbirlərini yeniləyərkən ABŞ-ı, İsraili, Kosovanı, Livanı, Monteneqronu və Şimali Makedoniyanı təhlükəsiz səyahət siyahısından çıxarıb.

Teleqraf.com xəbər verir ki, Aİ Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatlarına görə, ABŞ-da avqustun son iki həftəsində 100 min insana düşən yeni yoluxma sayı 588 olub.

Aİ üçün bu nisbət limiti 75 səviyyəsindədir.

Aİ tərəfindən qəbul edilən bu qərar tövsiyə xarakterli olsa da, səyahət məhdudiyyətləri ilə bağlı bütün qənaətlər İttifaqa üzv dövlətlərin hökumətlərinə təqdim edilib.

ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərə görə, Almaniyadan və digər Şengen ölkələrindən turistlərin gəlişi tamamilə qadağandır. İşgüzar səfərlərə müstəsna əsaslarla icazə verilir.

İki dəfə peyvənd olunan və ya COVID-19-a yoluxub sağalan ABŞ vətəndaşları Almaniyaya və digər Avropa ölkələrinə gələ bilərdi. Aİ tərəfindən elan edilən yeni qaydalarla bu ehtimalı aradan qaldırdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər