"SOCAR Türkiyə"nin qrupdaxili müəssisələrinə məxsus 4 inzibati binası da daxil olmaqla 22 istehlak məntəqəsində istehlak edilən elektrik enerjisi yaşıl enerji ilə təmin edilir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.
Zaur Qəhrəmanov bildirib ki, "SOCAR Türkiyə" bərpa olunan enerjiyə əsaslanan enerji təchizatının strateji əhəmiyyət kəsb etdiyi bir dünyada nümunəvi bir kompleks istifadəyə verib:
"Gücü 51 meqavat olan Petkim Külək Elektrik Stansiyası (KES) 2017-ci ildən fəaliyyət göstərir. Təqribən 55 milyon avro sərmayə dəyəri ilə qurulan Petkim KES hər biri 3 meqavat gücündə 17 külək turbini ilə ildə 200 giqavat elektrik enerjisi istehsal etməyi hədəfləyir.
Petkim KES sənayedə təmiz enerji resurslarının sənayedə istifadəsi və karbon emissiyalarının azaldılması üçün uğurlu model nümayiş etdirir".