1 Dekabr 2021 16:14
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Star" NEZ üçün əslində ən yaxşı və ən keyfiyyətli neft İran neftidir. Amma bəlli siyasi səbəblərə görə biz onu gətirə bilmirik”.

Teleqraf.com xəbər verir ki, bunu “SOCAR Turkiye” Neft emalı ve Neft-kimya iş birliyinin bas direktoru, eyni zamanda "Petkim"in baş direktoru Anar Məmmədov deyib.

Anar Məmmədov qeyd edib ki, 2019-cu ilin aprel ayından imzalanan müqaviləyə görə, "Star" NEZ üçün ən uyğun olan Rusya nefti idxal olunmağa başladı: "Rusiya nefti bizim üçün ən optimal neft deyil. Sadəcə Rusiya neftinin texniki şərtlərinə görə, biz bu məhsuldan istifadə etmək məcburiyyətində qaldıq. Bu gün biz "Star"da dəyişiklik etmişik, 28 növ xam neftin testini etmişik.

Dünyanın fərqli-fərqli yerlərindən - Qazaxıstandan, Rusiyadan, Norveçdən, Aralıq dənizindən və bir çox ölkələrdən neft alırıq. Bizim üçün əslində ən yaxşı və ən keyfiyyətli neft İran neftidir. Amma bəlli siyasi səbəblərə görə onu gətirə bilmirik. "Star"ın dizaynı o vaxt İran nefti üçün qurulmuşdu. Əgər siyasi vəziyyət dəyişərsə, İrandan nefti gətirməyə davam edəcəyik.

Hazırda İrandan neft almırıq. Venesuelanın çox ağır nefti var. Bizim üçün uyğun bir neftdir, amma onu da ala bilmirik".

Anar Məmmədov deyir ki, hazırda "Star" NEZ Azərbaycandan neft almır: "Çünki Azərbaycan nefti çox yüngüldür. "Azer Light" çox dəyərlidir və şəffaf məhsulların çıxımı çox yüksəkdir. Onun qiyməti də biz aldığımız neftə görə daha yüksəkdir. "Star" bir zavod olaraq o qədər mükəmməldir ki, ən ağır və ən ucuz nefti alır, ondan yenə də 90 faizə yaxın şəffaf məhsulları çıxarır.

Bizim daha yüngül və daha bahalı neftə ehtiyacımız yoxdur. Təbii ki, Azərbaycan neftini də işlədə bilərik. Amma bu bizim üçün iqtisadi cəhətdən effektiv olmayacaq. SOCAR üçün də çox optimal variant deyil. Azərbaycan neftinin dünyada çox yaxşı müştəriləri var".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər