Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,07 dollar azalaraq 97,63 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 15-də 97 dollardan (97,98) baha satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (99,70) qeydə alınmışdı.