OPEC+ may ayında gündəlik neft hasilatını 432 min barel artırmağa razılaşıb.
Teleqraf.com xəbər verir ki, OPEC+ ölkələri bu gün keçirilən iclasda hasilatın mərhələli artımını davam etdirmək qərarına gəliblər.
Virtual keçirilən görüşdə OPEC üzvləri gözləntilərə uyğun olaraq may ayında neft hasilatını gündəlik 432 min barelə çatdırmağı razılaşdırıblar.
Qərardan sonra “Brent” markalı neftin bir barelinin qiyməti 5,6 faiz azalaraq 107,05 dollara satılıb.
OPEC-in iclası cəmi 13 dəqiqə çəkib. Alyansın növbəti toplantısı mayın 5-də keçiriləcək.