Dünyanın ikinci ən böyük buğda istehsalçısı Hindistan xaricə buğda satışını dayandırdığını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, hökumətin yaydığı bəyanatda bildirilir ki, dünyanın ikinci ən böyük buğda istehsalçısı yerli qiymətləri sabitləşdirməyə çalışır.
Hökumət bildirib ki, yalnız verilmiş akkreditivlər üçün (nağd vəsaitlə təmin edilmiş bank müqavilələri üzrə hesablaşma qaydası) buğda daşınmasına icazə verilir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Qara dəniz regionundan ixracat kəskin şəkildə azalıb, qlobal alıcılar buğda tədarükü üçün Hindistana etibar edirdilər.
Hindistan buğda ehtiyacını Rusiya və Ukraynadan təmin edən ölkələr, xüsusilə də Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir.