Rusiyada dolların məzənnəsi 1998-ci ildən bəri ən yüksək həddə - 54 rubla çatdığı bir vaxtda Ukraynada bunun tam əksi müşahidə olunmağa başlayıb. Belə ki, son bir həftə ərzində dollar qrivnaya nisbətdə xeyli ucuzlaşıb.
Teleqraf.com-un məlumatına görə, Ukraynanın Beynəlxalq Bankı dolların məzənnəsinin bu gün 15,6 qrivnaya qədər azaldığını bildirib. Bu, son bir ay ərzində ən aşağı mübadilə göstəricisi hesab edilir. Ümumilikdə, Ukraynada dolların alqı-satqısı həftə ərzində 15,16 – 15,60 qrivna arasında dəyişib.
Xatırladaq ki, müvafiq mübadilə göstəriciləri bir ay əvvəl 18,78 – 19,21 qrivna dəyərində olub.
Nail Cəlil