7 Dekabr 2014 06:53
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 146 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib. Habelə 107 ölkə ilə ixrac, 133 ölkə ilə idxal əməliyyatları aparılıb. Xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 32-si Amerika, 43-ü Asiya ölkələridir.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildiriblər ki, on ayda xarici ticarət dövriyyəsinin həcmi 34 milyard 234,1 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 26 milyard 872,2 milyon dollar, idxalın həcmi 7 milyard 361,9 milyon dollar olub.

Nəticədə 19 milyard 510,3 milyon dollarlıq müsbət saldo yaranıb. İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,7 faiz artaraq 1,4 milyard dollar olub.


Müəllif:

Oxşar xəbərlər