23 Yanvar 2023 12:13
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın enerji şirkəti “Qazprom” “Sibirin Gücü” boru kəməri ilə Çinə qaz ixracını artıracaq.

Teleqraf.com xəbər verir ki, rus ekspertlərin fikrincə, 2023-cü ildə Rusiyanın Çinə təbii qaz ixracı 40 faizdən çox artaraq 23 milyard kubmetrə çatacaq.

Mütəxəssislər həmçinin Rusiyanın Çinə təbii qaz nəqli üçün “Sibirin Gücü 2” boru kəmərinin nəqletmə qabiliyyətinin ildə 50 milyard kubmetrə çatacağını proqnozlaşdırıblar.


Müəllif: Yeganə Oqtayqızı