Moskva Birjası (MOEX) artan müştəri tələbinə cavab olaraq türk lirəsi və Honq-Konq dolları ilə fyuçers müqavilələrinin ticarətə açılacağını bəyan edib.
Teleqraf.com xəbər verir ki, bunu MOEX sədri Yuriy Denisov açıqlayıb.
O bildirib ki, 2022-ci ilin dekabrında Moskva Birjasında türk lirəsinə tələbat 2022-ci ildə əvvəlki ilə nisbətən 17 dəfə artıb.
Bildirilir ki, bu gündən etibarən birjalarda türk lirəsi-Rusiya rublu və Honq-Konq dolları-rublla fyuçers əməliyyatlarına başlayacaq. Birja müştəriləri 2023-cü ilin iyun, sentyabr, dekabr və 2024-cü ilin mart ayları arasında bağlanacaq müqavilələri bu valyutalarda əldə edə biləcəklər.