“Kahramanmaraşdakı zəlzələ “Türkiyə Qaz Mərkəzi” layihəsində müxtəlif tənzimləmələrə səbəb olub, amma qaz qovuşağının təxirə salınmasından söhbət getmir”.
Teleqraf.com xəbər verir ki, bunu adının açıqlanmasın istəməyən rusiyalı səlahiyyətli deyib.
Mənbə bildirib ki, zəlzələlər Türkiyənin siyasi, sosial və iqtisadi sahələrində əsas məsələyə çevrilib: “Bütün qurumların səyləri “əsrin fəlakəti” adlandırılan zəlzələnin nəticələrini aradan qaldırmağa yönəlib. Bu səbəbdən də digər məsələlərdə müəyyən düzəlişlər edilib.
İndi tədricən gündəmimizdəki məsələlərə, o cümlədən qaz mərkəzi məsələsinə qayıdırıq. Qaz qovuşağı layihəsinin təxirə salınması isə müzakirə mövzusu deyil”.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Prezident Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin Türkiyədə “Şimal axını” boru kəmərlərinə alternativ ola biləcək qaz qovşağının yaradılmasını planlaşdırmağı tapşırıblar.