Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən artıq Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.
Teleqraf.com xəbər verir ki, saytda ““Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb.
Yeniliklə vətənaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda sifarişçi adres olaraq öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər.
Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılması olmayıb.
Belə ki, vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyə anbarını qeyd edirdi, məhsul həmin anbara daxil olduqdan sonra Azərbaycana göndərilirdi.
Bununla belə vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də təslim al bölməsini seçə bilər.