Texnologiya nəhəngi “Apple” şirkətinin bazardakı hökmranlığından sui-istifadə edib-etməməsi ilə bağlı araşdırma başladıldı.
Teleqraf.com xəbər verir ki, araşdırmanı İtaliya Rəqabət Təşkilatı (AGCM) aparır.
“Apple”ın 2021-ci ilin aprelindən etibarən proqram tərtibatçılarına “daha məhdudlaşdırıcı məxfilik siyasəti” tətbiq etdiyini xatırladan təşkilat bunun üçüncü tərəf proqram tərtibatçılarına mənfi təsir etdiyi qeyd edib.
Məlumata görə, üçüncü tərəf proqram tərtibatçıları və reklamçılar da “Apple” tərəfindən təqdim olunan məlumatların keyfiyyəti baxımından əlverişsiz vəziyyətdədirlər.
Avropa İttifaqında (Aİ) bazar hökmranlığından sui-istifadə etməkdə təqsirli bilinən şirkətlərə illik dövriyyəsinin 10 faizi qədər cərimələnir.