26 May 2023 15:43
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Borc razılığının əldə edilməsi dolların əsas valyutalara nisbətən yenidən güclənməsinə səbəb ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat vurğulayıb ki, ABŞ-da borc böhranı davam etsə də, Ağ Ev ilə qanunverici orqanın ilkin razılıq əldə etməsi ilə bağlı mesajlar gəlir:

“Belə ki, ABŞ prezidenti ilə Respublikaçı konqresmen Kevin Makkartinin hökumətin 31.4 trilyon dollarıq borc tavanının növbəti 2 il üçün uzadılması ilə bağlı razılığa yaxın olduğu bildirilir.

23.32 trilyon dollarlıq nominal ÜDM-lə ABŞ dünyanın əsas iqtisadi gücü olaraq qalır. Bu baxımdan, Birləşmiş Ştatlardakı borc problemi qlobal iqtisadiyyata ciddi təsir göstərirdi. Doğrudur, dolların səbət valyutalara nisbətən məzənnəsində eniş müşahidə olunmurdu, əksinə, dollar Avropa puluna nisbətən son həftə möhkəmlənmişdi.

Borc razılığının əldə edilməsi dolların əsas valyutalara nisbətən yenidən güclənməsinə səbəb ola bilər. Amma hələlik səbət valyutalarının kurslarında ciddi volatillik gözlənilmir. Bununla belə, borc razılığı qlobal iqtisadiyyat üçün də yeni imkanlar yaradacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər