16 Avqust 2023 10:07
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aqrar Sığorta Fondu (ASF) aqrar sığorta hadisələri üzrə 2023-cü ilin yanvar-iyun ayları üzrə həyata keçirilən ödənişləri açıqlayıb.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, 2023-cü ilin ilk 6 ayı ərzində fermer və təsərrüfatlara ümumilikdə 1 milyon 175 min manat ödəniş həyata keçirilib.

Sığorta ödənişlərinin 742,3 min manatı bitkiçilik, 432,4 min manatı isə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə həyata keçirilib.

Hesabat dövründə bitkiçilik sahəsi üzrə 250-yə yaxın sahibkar və təsərrüfat sığorta ödənişi alıb.
Bitkiçilik üzrə ən çox sığorta ödənişləri pambıqçılıq sahəsi üzrə olub. Bu sahə üzrə 100 fermer və təsərrüfata 372 042 manat ödəniş edilib.

Arpa əkinləri üzrə 85 fermerə 190 684 manat, buğda sahəsi üzrə isə 35 fermerə 158 241 manat ödəniş həyata keçirilib.

Heyvandarlıq sahəsi üzrə isə 24 fermer və təsərrüfat sığorta hadisəsi ilə bağlı ödəniş alıb.
Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Buraya təbiət hadisələri - fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər