Neft hasilatında hədəflərinə doğru addım-addım irəliləyən “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti bu dəfə Antalyanın Kumluca bölgəsindəki “Alakır-2” kəşfiyyat quyusunda qazma işlərinə başlayıb.
Teleqraf.com yerli mediaya istinadla xəbər verir ki, 32 milyon lirə sərmayə ilə 14 min kvadratmetr sahədə aparılacaq işlərin sonunda yeni müjdələrin verilməsi gözlənilir.
Neft ehtiyatlarının mövcudluğu və miqdarı 950 metr dərinliyə enməklə müəyyən ediləcək.
TPAO-nun Antalya Demrədə də neft kəşfiyyatı aparacağı gözlənilir.
Qeyd edək ki, keçən ilin fevral ayında “Rəsmi Qəzet”də dərc edilən neft kəşfiyyatı lisenziyası ilə bağlı qərarda Antalya yeni kəşfiyyat üçün 15 yataqdan biri olaraq göstərilmişdi.