SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Cəlilabad rayonununda keçiriləcək.
Teleqraf.com “Azəriqaz”a istinadla xəbər verir ki, İstehsalat Birliyinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Cəlilabadda görüşü təşkil olunacaq.
Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabr ayının 25-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.