2 Noyabr 2023 16:37
7 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İxtisaslı kadr çatışmazlığı tikintidən toxuculuğa qədər bir çox sektorda problem olaraq qalmaqdadır. İşəgötürənlər gündəlik 2 min lirə (120 AZN) maaşa işçi tapa bilmir”.

Teleqraf.com xəbər verir ki, bunu Anadolu Yakası İnşaat Podratçıları Dərnəyinin (AYİDER) sədri Hakan Şişik deyib.

O, tikinti sektorunda qaynaqçı, suvaqçı kimi sahələrdə kadr tapmaqda çətinlik çəkdiklərini açıqlayıb:

“Gündəlik 2 min TL ödəsək də işçi tapa bilmirik. Bu sahələrdəki kadr çatışmazlığının səbəbi gənclərin bu peşələri seçməməsidir. İnşaat əslində Türkiyənin lokomotiv sektorudur və bu sahədə çalışanlar az qala “ağ yaxalılar”ın qazandığı qədər gəlir əldə edir.

Peşə liseyləri ilə əməkdaşlığa başlayacağıq. Beləliklə sektora ixtisaslı kadrlar hazırlanacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər