Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün Anlaşma Memorandumu imzalanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sənəd iki ölkənin kənd təsərrüfatı nazirləri İbrahim Yumaqlı və Məcnun Məmmədov arasında Ankarada keçirilən görüşdən sonra imzalanıb.
Məcnun Məmmədov Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı üzrə İcraiyyə Komitəsinin 11-ci iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.