İyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanıb.
Teleqraf.com-un məlumatına görə, bu haqda məlumat İcbari Sığorta Bürosunun Azərbaycan Beynəlxalq Sığorta Forumunun bugün keçirilən tədbirində təqdim etdiyi hesabatda açıqlanıb.
Hesabatda deyilir ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,43%-i yaşayış evləri və mənzillər, 1,45%-i inzibati binalar, 17,12%-i isə digər daşınmaz əmlakla bağlı olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50%, sığorta haqlarının məbləğində 2,4 dəfə artım müşahidə edilib.
Ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzində 67 112 sığorta müqavilə bağlanıb.Bu müqavilələr üzrə sığorta haqları 17,9 milyon manat təşkil edib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarının məbləğində isə 2 dəfə artım müşahidə olunub.
Naibə