20 İyul 2015 16:28
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar ertəsi qızılın qiyməti son 5 illik müddətin minimum göstəricisinədək ucuzlaşıb. Bloomberg agentliyinin məlumatına əsasən, qızıl unsiyasının qiyməti bazar ertəsi dünya birjalarında 1000.8 dollar təşkil edib.

Qızılın qiymətində eniş Çin səhmlərinin ucuzlaşması və ABŞ-da kredit faizlərinin azaldılacağı və dolların bahalaşacağı proqnozları fonunda baş verir.

Sonuncu dəfə qızılın qiymətin bu səviyyədə aşağı düşməsi 2010-cu ildə qeydə alınmışdı.


Müəllif:

Oxşar xəbərlər