“Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündən 37 nömrəli quyu qazmadan sonra istismara verilib.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2976-2941 metr intervaldan sutkalıq 100 ton neft və 19 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.