5 Oktyabr 2015 20:52
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda “Apple” şirkətinin istehsalı olan mobil qurğuların satış qaydaları sərtləşdirilib. Bunu Trend-ə Azərbaycanın mobil telefon riteyli bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, “iPhone” smartfonları yalnız onların satılmasına icazəsi olan mağazalarda satılır: “Dubay və ya digər ölkələrə nisbətən Azərbaycanda istehlakçılara alınması xeyli baha başa gələn iPhone-nun qiymətinə gəlincə, bu onunla əlaqədardır ki, tədarükçülər 36 faiz həcmində gömrük rüsumu və 18 faiz ƏDV ödəməlidirlər”.

Mənbə qeyd edib ki, mobil qurğuların “boz” idxalı ilə mübarizə sıravi istehlakçıları da əhatə edib: “Sıravi istehlakçılar şəxsi istifadə üçün ölkə xaricində aldıqları qurğuya görə göstərilən rüsumları ödəməlidirlər. “Məsələn, Dubaydan ölkəyə gəlmiş vətəndaş gömrük nəzarətindən keçərkən alınmış malın çekini və telefonun alındığı ölkədə qalma müddətinin göstərildiyi vizanı təqdim etməlidir. O, həmçinin gömrük yığımlarını (ƏDV və gömrük rüsumu) ödəməli olacaq. Yekunda ölkə xaricində iPhone-nun alınması istifadəçiyə demək olar ki, Azərbaycandakı məbləğə başa gələcək".

O, əlavə edib ki, gömrük nəzarətindən yan keçməklə iPhone-u gətirmək mümkün olmayacaq: “Hətta istifadəçi aparatın xaricdə alınması faktını gizlətmək üçün onun qabını yox etsə belə, bu, mümkün olmayacaq. Belə ki, qurğuların nə vaxt aktivləşdirildiyi və bunun vətəndaşın aparatı aldığı ölkədə qalma dövrü ilə uyğun gəlib-gəlmədiyi yoxlanılır. Müvafiq olaraq, “iPhone” əgər istifadəçinin, məsələn, Dubayda olduğu son 2-3 gün ərzində aktivləşdirilibsə, bu, smartfonun həmin ölkədə əldə edildiyinə sübut olacaq. Belə olan halda qurğunun sahibi gömrük rüsumu və ƏDV ödəmək məcburiyyətində qalacaq".


Müəllif:

Oxşar xəbərlər