Qızıl kəskin ucuzlaşa bilər. “Goldman Sachs Group Inc” FED-in dekabr ayında faiz nisbətlərini atıracağı halda, bundan daha çox qiymətli metal bazarının əziyyət çəkəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, qrupun hesabatına görə, qızılın unsiyası üç ay ərzində 1,100 dollara, 6 ay ərzində 1,050 dollara, 1 il ərzində 1,000 dollara düşəcək.
Qeyd edək ki, qızılın qiyməti ötən həftə uzun müddətdən sonra ən yüksək səviyyəyə yüksəldi. Lakin bu, qısa çəkdi.