4 İyun 2014 18:00
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyədək Azərbaycanda 1,53 milyard tona yaxın neft və qaz-kondensat hasil olunub.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda keçirilən XXI "Caspian Oil and Gas-2014" beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, indiyədək ölkədə 559,5 milyard kubmetrqaz hasil olunub.

Azərbaycanda hasilatın həcmlərinin artması mövzusuna toxunan vitse-prezident bununla əlaəqdar "Şahdəniz" qaz-kondensat yatağının əhəmiyyətini vurğulayıb:

"İndiyədək yataqdan 45,4 milyard kubmetr qaz və 94,5 milyon ton qaz kondensatı hasil olunub".

O, qeyd edib ki, yatağın işlənməsinin ikinci mərhələsinin reallaşdırılması Türkiyəyə və Avropa bazarlarına ixrac olunacaq illik 16 milyard kubmetr qaz hasilatını təmin etməyə imkan verəcək.


Müəllif: