Azərbaycanda geniş vergi amnistiyasının tətbiq edilməsi təklif olunur.
Müvafiq təkliflə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndəsi, "Deloitte"in Azərbaycanda partnyoru Nuran Kərimov çıxış edib.
Onun sözlərinə görə, belə eksperimenti Rusiya aparır: "Onların hansı nəticələr əldə edəcəyinə baxmaq lazımdır və bu, Azərbaycanda tətbiq edilə bilər. Belə addımlar sahibkarların ölkədən çıxardıqları vəsaitləri qaytarmağa kömək edə bilər".