"Nəğdsiz ödənişlərə keçməkdə çətinlik var".
Teleqraf.com-un məlumatna görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bu gün Vergilər Departamentində keçirilən "Açıq qapı" günündə deyib.
O, bildirib ki, nəğdsiz ödəniş sisteminə keçidi inzibati yolla, təzyiqlərlə etmək vergi mədəniyyətinə ziddir:
"Artıq dünyanın ən inkişaf etmiş ölkələrində nəğd ödəniş sistemi ləğv olunmağa doğru gedir. Skandinaviya ölkələri demək olar ki, tam şəkildə nəğdsiz ödəniş sisteminə keçib və sorğuların nəticələrinə görə, burada vergidən yayınma hallarına çox az rast gəlinir.
Hesab edirik ki, maarifləndirmə, müxtəlif tədbirlər yolu ilə nəğdsiz ödəmə üsuluna keçməyi sürətləndirməliyik. Bu həm də şəffaflığın təmin olunması üçün vacibdir".
Naibə QURBANOVA