Bir müddət əvvəl qızının nişanlandığı deyilən müğənni Könül Kərimova şayiələrdən danışıb.
İfaçı Teleqraf.com-a bildirib ki, qızı nişanlı deyil: “Bu haqda söz-söhbətlər olur. Amma həqiqətdə belə bir şey yoxdur. Yəni ki, söz göndərirlər. Amma elçiliyə izin vermirəm. Niyə gəlib, boşuna qayıtsınlar. Hələ ana-bala qəti qərara gəlməmişik. Qızımın xasiyyəti mənə oxşayır.
Amma müasir dövr başqadır. Yüz ölçüb, bir biçmək lazımdır. Bizim zəmanəmizdə qapıya kim gəlirdisə, bir-bir gedirdik. İndi elə deyil. Qərar vermək çox çətindir. Amma real bir şey olsun, inşallah, sevincimi bölüşəcəm”.
Rəqsanə