Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova sevgisini etiraf edib.
Teleqraf.com xəbər verir ki, İnstagram sosial şəbəkəsindən tez-tez istifadə edən müğənninin bu dəfəki paylaşımı hər kəsin diqqətini çəkib.
İş adamı Cem Ozan Torunla bir müddətdir sevgili olan müğənni birlikdə çəkilən fotolarını sosial şəbəkədə paylaşmaqdan ehtiyat edir. Bu səbəbdən paylaşdığı fotolardada sevgilisinin üzü aydın görünmür. Müğənninin növbəti bu səpkili sonuncu foto paylaşımının yanında romantik və səmimi etiraflar da olub:
“Səninlə məhşərə gedərəm. Sadəcə üzmə, qırma, yorma məni. Hüzurumuz olsun yaşıl bağçamız... Yuvamız olsun, ailəmiz olsun!”
Qeyd edək ki, sevgilisindən fərqli olaraq Cem Ozan Günellə fotolarını İnstagram hesabında paylaşır.
Teleqraf.com o fotoları təqdim edir.
Pərvin