6 İyul 2016 12:59
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleaparıcı Xoşqədəm Hidayətqızı Ramazan bayramı münasibətilə sevənlərini təbrik edib.

Teleqraf.com aparıcının təbrikini təqdim edir: “Əziz dostlarım, müəllimlərim, qrup yoldaşlarım, qohumlarım, bacılarım və qardaşlarım, Ramazan Bayramınız Mübarək olsun! Bu bayramda sizlərə arzum budur ki, üzünüzdən təbəssüm, qəlbinizdən sevinc, ömrünüzdən dəyər və süfrənizdən ruzi-bərəkət əskik olmasın. Uca Allahım hər birinizi zahiri və batini çirkinliklərdən, pis insanlardan, pis əməllərdən, şeytanın fitnə-fəsadından qorusun. Həyatda hər zaman üzünüz gülsün və ömrünüz daim xoş və pozitiv duyğularla, müsbət əhval-ruhiyyə ilə keçsin. Qəlbinizdəki bütün arzuların gerçəkləşməsini və verdiyiniz qərarlardan, atdığınız addımlardan heç vaxt peşman olmamağınızı arzulayıram”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı müğənni Doğuş ilə evlidir və əkiz övladları var.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər