İş adamı Hakan Sabancı bir ildir sevgili olduğu, aktrisa Hülya Koçyiğitin nəvəsi Aslışah Alkoçları doğum günü münasibəti ilə İnstaqramda təbrik edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, sevgilisini öpərkən çəkilən fotosunu paylaşaraq "Xoşbəxt illər, eşqim" yazıb.
H.Sabancının bu paylaşımı qadın fanatlarını qısqandırıb. Onlar Aslışahı tənqid edən rəylər yazıblar.