Məşhur türk aktrisa Ezgi Asaroğlunun tükənmişlik sindromuna tutulduğu və Amerikada müalicə aldığı ortaya çıxıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, eynilə Məryəm Uzerli kimi gərgin iş rejimindən dolayı bu sindroma tutulan aktrisa bir müddət əvvəl müğənni Kərəmcandan ayrılıb.
Psixoloqunun tövsiyəsinə əsasən Türkiyədən uzaqlaşan 29 yaşlı aktrisa yaxın adamlarına indi özünü daha yaxşı hiss etdiyini deyib.
Hazırda aktrisa iki mövsümdür ekranlarda olan “O hayat benim” serialında Kərəmcanla birgə baş rolları ifa edir.
Pərvin