23 Avqust 2016 17:20
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk aktrisa Nəbahət Çehrə “Möhtəşəm Yüzyıl: Kösem” serialından ayrıldığına görə tənqidlərə məruz qalan Beren Saata dəstək olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Berenin serialda yaxşı oyun sərgilədiyini deyərək, Saatın yerinə gələn Nurgül Yeşilçayla bağlı fikirlərini də bölüşüb: “Məncə, Beren serialda çox gözəl idi, amma görünür, daha davam etmək istəmədi. Çünki evlidir və çox işləyir. İnsan evliykən yoldaşına çox vaxt ayıra bilmir. Siz dedi-qodulara fikir verməyin.

Nurgül Yeşilçaya gəlincə, onun rola uyğun gəlib-gəlmədiyini birlikdə görəcəyik. Çünki bunu əvvəlcədən bilmək olmur”.

Bodrumda istirahət edib İstanbula dönən aktrisa jurnalistlərə də söz atıb: “Bodrumda gözəl bir tətil keçirdim. Amma məni bu dəfə bikinili yaxalaya bilmədiniz”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər