“Fox Tv”də yayımlanan “O Hayat Benim” serialında “Nuran” obrazını canlandıran Yeşim Ceren Bozoğlu ötən il serialdan söz-söhbətlə ayrıılmışdı.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha sonra heç bir seriala çəkilməyən aktrisa maddi çətinliklər yaşamağa başlayıb.
Açdığı aktyorluq məktəbi də maddi sıxıntılara görə bağlanıb. O, hətta kreditlə aldığı avtomobilinin pulunu da ödəməyə çətinlik çəkib.
Yeşimin imdadına “Pastel Film” çatıb. “Kalbimdeki Deniz” serialını çəkən şirkət aktrisaya da dəvət göndərib.
Yeşim hər seriya üçün 20 min lirə (təxminən 11 min manat) qazanacaq.