"Kanıt: Ateş Üstünde" serialında birgə rol alan Qürur Aydoğan və Başak Güroz əl-ələ görüntüləniblər.
Teleqraf.com-un axşam.az-a istinadən məlumatına görə, cütlük sevgili olduqlarını ətrafdakılardan gizlətməyiblər. Alış-veriş edən ikili geyimlərindəki uyğunluqla da diqqət çəkiblər.
İlk dəfə kameralara tuş gələn sevgililər daha sonra bir restoranda axşam yeməyində olublar.
Qeyd edək ki, Q.Aydoğan bir neçə ay əvvəl dünyasını dəyişən aktrisa Oya Aydoğanın oğludur.