9 Sentyabr 2016 17:14
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Retro Bakı” layihəsi Qurban bayramı ərəfəsində fərqli konsert proqramı ilə tamaşaçıların görüşünə gələcək.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu həftə tanınmış müğənnilər Zaur Əmiraslanov, Samirə Allahverdiyeva, Nurlan Əzizbəyli, Rüfət Xəlil, Mircabbar Cabbarov, Orxan Babazadə və “Gilavar” qrupu iştirak edəcəklər.

Konsert 10-11 sentyabr, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Pərvin


Müəllif:

Oxşar xəbərlər