14 Sentyabr 2016 17:06
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər telekanalındakı fəaliyyətinə son qoyan aparıcı Sahibə Nəzərova bu dəfə rol alacağı “Məryəm” serialından gedib.

Axşam.az-a açıqlama verən aparıcı başqa serial təkliflərindən də imtina etdiyini deyib.

O bildirib ki, yaradıcı heyətlə razılaşa bilməyib: “Məryəm” serialı mənim ilk aktrisalıq işim deyil. Bu sənətin təhsilini almışam. Bundan əvvəl 3 tamaşada, 4 serialda və kliplərdə oynamışam. Ekran işində baş rollardan birini canlandıracaqdım. İş birliyimiz alınmadı və uzaqlaşmaq qərarına gəldim. Ümumiyyətlə, mənə bu günlərdə gələn bir çox serial təkliflərindən imtina edirəm”.

S.Nəzərova Xəzər telekanalından ayrılmasından danışıb: “Oradan dostcasına ayrıldım. Bir yerdə ömürlük işləməli deyiləm ki... Veriliş bağlana da, iş yeri dəyişilə də bilər. Hər kəsə yeni mövsümdə uğurlar arzulayıram.

Efir xəstəsi deyiləm, sırf ekranda görünüm deyə, aparıcılıq etməyəcəm. Öz tərzim, zövqüm var. Son günlərdə 3 fərqli layihədən təklif almışam. Birini dəyərləndirməyi düşünürəm. Ola bilər ki, yaxında aparıcılıq fəaliyyətimi davam etdirim.

5 il eyni verilişə aparıcılıq etdim. Efir mənim üçün işdir, toy tutmaq, özümü reklam etmək üçün vasitə deyil. Əks halda, bu günə kimi efir imkanlarımdan istifadə edib, özümə piar qazanardım. Dünyanın axırı deyil ki, heç veriliş üçün darıxmıram da.

2 aydır işsizəm, vaxtımı kitab oxumağa sərf edirəm. Əhval adamıyam, kefim yaxşı olmayanda işləyə bilmirəm”.


Müəllif: